XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Maradonanın xatirəsini yad etməyən futbolçu ölümlə hədələnir
İdman 12:05 / 03.12.2020
İspaniyanın "Viahes İnterssia” klubunun xanım futbolçusu Paula Dapena əfsanəvi futbolçu Dieqo Maradonanın xatirəsini yad etməkdən imtina etdiyinə görə, ünvanına gələn hədə-qorxulardan danışıb. "Deportivo Abanka” klubu ilə yoldaşlıq oyunu zamanı 24 yaşlı futbolçu əyləşərək, üzünü başqa tərəfə çevirib. "Sosial şəbəkələrdə olan səhifələrimi bağlamaq məcburiyyətində qaldım. Problem ondadır ki, mənə hədə-qorxu gələn insanlar mənim həmkarlarımın səhifələrini taparaq, onları təqib etməyə başlayıblar. Bizi hətta ölümlə hədələyirlər. "Mən sənin ünvanını tapıb, sənin ayaqlarını sındıracağam” kimi ismarıclar alırıq. Bu haqda yalnız instaqram izləyicilərimin məlumatı olacağını düşündüm. Lakin qısa müddətdə bu, bütün dünyaya yayıldı. Klub yoldaşlarıma gəldikdə isə heçkim mənə heçnə deməyib. Onlar hər zaman mənə hörmət ediblər və mənim fikirlərimi bilirlər”, - deyə futbolçu bildirib.
16702 oxunub

InvestAZ