XƏBƏR LENTİ
26 Mart 2019
25 Mart 2019
24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019



Çempionlar Liqasının qalibi hansi komanda olacaq?
"Real Madrid" (46.16%)
"Barselona" (23.08%)
"Yuventus" (7.69%)
"Bavariya" (15.38%)
"Mançester Siti" (0%)
Digər (7.69%)
Sahib Ələkbərov UEC-in 32-ci konqresində iştirak edib
İdman 18:29 / 13.03.2019

İtaliyanın paytaxtı Romada Avropa Velosipedçilər Birliyinin (UEC) sayca 32-ci Konqresi keçirilib. Budəfəki konqresin əsas səciyyəvi cəhəti onun ilk dəfə olaraq Afrika Velosipedçilər Konfederasiyası ilə birgə təşkil edilməsi olub.
Tədbirdən bir gün əvvəl konqres iştirakçılarının bir qrupu Vatikanda Roma Papası Fransisklə görüşüb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartyen öz çıxışında qəbul üçün Papaya təşəkkürünü bildirib. Öz növbəsində Vatikan rəhbəri Konqres iştirakçıları ilə görüşündən məmnun olduğunu deyərək velosiped idmanının inkişafı üçün xeyir-dua verib.
Sayca 32-ci Konqresdə Avropanın ali velosiped qurumuna üzv olan 43 ölkənin, həmçinin Afrika Velosipedçilər Konfederasiyasının 30 milli federasiyasının nümayəndələri iştirak edib. Müzakirə olunan əsas məsələlər içərisində Avropa Velosipedçilər Birliyinin 2021-ci il prezident seçkilərindən sonra Nizamnaməsinə müəyyən dəyişikliklər edilməsi ilə bağlı olub. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının tövsiyyəsi əsasında UEC-nin Rəhbər Komitəsinin 7 üzvünün ən azı ikisinin qadın olması qərara alınıb. Bundan başqa, UCI Konqreslərində Avropa adından səsvermə hüququna malik 15 üzvdən də minimum 4-ü qadın olmalıdır.
Avropa Velosipedçilər Birliyinin prezidenti Rokko Kattaneo öz çıxışında Konqresin işini yüksək qiymətləndirərək idarəetmədə qadınların rolunun artırılması istiqamətində ilk addım atan qitə qurumu olmaqdan məmnunluğunu ifadə edib. Bundan başqa, UEC rəhbəri aparılan müakirələrin nəticəsi olaraq kiçik yaşlı velosipedçilər üçün beynəlxalq yarışların sayının artırılmasının və onların təqvim planına daxil edilməsinin də böyük əhəmiyyət daşıdığını deyib.
Konqresdə ölkəmizi AzVİF-in 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.


179 oxunub

InvestAZ