XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Boks üzrə Olimpiya Təsnifat Turnirinin bərpa tarixi müəyyənləşdi
İdman 15:00 / 01.12.2020

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turnirinin yeni tarixi bəlli olub. Martda koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış yarış 2021-ci ilin aprelində gerçəkləşəcək. 8 kişi və 5 qadın kateqoriyasındakı qarşılaşmalar 22 - 26 apreldə olacaq. Qeyd edək ki, Avropa Təsnifat Turnirində Azərbaycan boksçuları da mübarizə aparırdı. Onlardan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Kamran Şahsuvarlı (75 kq) qələbə ilə başladıqları halda, Rauf Rəhimov (91 kq) və Anaxanım Ağayeva (51 kq) ilk görüşdəcə uduzaraq,

mübarizəni dayandırıblar. Tayfur Əliyev 1/4 finala yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.


19004 oxunub

InvestAZ