XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Uesli So “Skilling Open” turnirinin qalibi oldu
İdman 11:53 / 01.12.2020
"Skilling Open” onlayn şahmat superturnirində qalibin adına aydınlıq gəlib. Finalda norveçli dünya çempionu Maqnus Karlsen və amerikalı Uesli So üz-üzə gəlib. Bu mərhələdə birinci və ikinci matçlar heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə qarşılaşıblar. Həlledici mərhələdə N.Karlseni 1,5:0,5 hesabla məğlub edən U.So turnirin qalibi olub. İdmançı qalib olmaqla, həm də turnirin baş mükafatını – 30 min dolları qazanıb.

Yarışa qatılan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb.

Turnir "Champions Chess Tour” seriyasına aiddir və mükafat fondu 1,5 milyon dollardır.

17916 oxunub

InvestAZ