XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Çempionlar Liqası matçında ilk qadın referi
İdman 11:11 / 01.12.2020

UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda İtaliya "Yuventus"u ilə Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında keçiriləcək matça təyinatlar açıqlanıb. Qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara həvalə olunub. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.

Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

Qadın referi daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib.

Qeyd edək ki, "Yuventus" - "Dinamo" matçı dekabrın 2-də oynanılacaq.


17263 oxunub

InvestAZ