XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Dünya çempionatının iştirakçısı dünyasını dəyişdi
İdman 11:17 / 30.11.2020
Seneqal millisinin sabiq futbolçusu Pap Buba Diop vəfat edib. Yarımmüdafiəçi 42 yaşında dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən sonra vəfat edib. Diop DÇ-2002-nin açılış oyununda həmin vaxt dünya çempionu statusu daşıyan Fransa ilə görüşdə qələbə qolunu vurmaqla məşhurlaşıb.

Qeyd edək ki, Seneqal millisində 63 oyuna 11 qol vuran yarımmüdafiəçi "Lans”, "Fulhem”, "Portsmut”, "Vest Hem” və AEK kimi klublarda çıxış edib. O, futbolçu karyerasını 2013-cü ildə başa vurub.

16813 oxunub

InvestAZ