XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



"Qarabağ" yenidən liderliyi ələ keçirdi
İdman 21:13 / 29.11.2020
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Günün ikinci matçında "Qarabağ” "ASCO Arena"da "Səbail"lə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçın birinci hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib. Hər iki qol fasilədən sonra vurulub. Əvvəlcə 57-ci dəqiqədə "Səbail”in hücumçusu Amil Yunanov penaltidən hesabı açıb. Amma meydan sahiblərinin sevinci 7 dəqiqə çəkib. Abdullah Zubirin ideal ötürməsindən sonra Donald Gerye topu başla qapıdan keçirərək hesabı bərabərləşdirib. Bu, oyunda vurulmuş sonuncu qol olub.
Bu heç-heçə ilə xallarını 19-a çatdıran "Qarabağ" 1 günlük fasilədən sonra yenidən liderliyə qayıdıb. 10-cu xalını qazanan "Səbail" isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın ehtiyatında 1 oyun var.

17876 oxunub

InvestAZ