XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa çempionatında növbəti medal
İdman 10:14 / 29.11.2020
Azərbaycan millisi Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatında daha bir medal qazanıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu qrup finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər. 30.650 xal toplayan komanda nəticədə Türkiyə və Ukraynadan sonra 3-cü yeri tutaraq bürünc medalın sahibi olub. Kollektiv 5 topla hərəkətlərdə isə 4-cü yeri tutub.

Qeyd edək ki, ötən gün Azərbaycan qrupu 3 halqa və 2 cüt gürz ilə hərəkətlərdə gümüş medal qazanıb. Həmçinin yığma yeniyetmə və qrup nəticələrinə əsasən 3-cü yeri tutub.

19728 oxunub

InvestAZ