XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



"Qarabağ" klubunun üzvləri Ağdamda olublar
İdman 15:25 / 28.11.2020
"Qarabağ" klubu bu gün təmsil etdiyi Ağdam şəhərinə səfər edib. Səfərdə klub rəhbərliyi ilə yanaşı məşqçilər və futbolçular yer alıb. Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.
"Qarabağ” futbol klubunun təmsilçiləri həmçinin Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun futbolçusu və keçmiş baş məşqçisi, I Qarabağ müharibəsi şəhid Allahverdi Bağırovun məzarını da ziyarət ediblər.
Səfər çərçivəsində "Qarabağ” klubu 27 ildən sonra doğma meydanda simvolik futbol matçı oynayıb.
Qeyd edək ki, legioner futbolçular da Ağdam şəhərinə aparılıb. Xatırladaq ki, Ağdam noyabrın 20-i işğaldan azad olunub.

16454 oxunub

InvestAZ