XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şahmatçılarımız onlayn Paralimpiadada mübarizəni dayandırdı
İdman 14:30 / 28.11.2020
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə keçirilən onlayn Paralimpiadanın seçmə mərhələsinə yekun vurulub. Sonuncu turda Argentina yığmasına 1:3 hesabı ilə məğlub olan komandamız yarışda çıxışını başa vurub. Yığmamızın heyətində Aydın Şahpələngov, Gennadi Gelman, Həbibulla Ağalarov və Nadejda Belyayeva mübarizə aparıblar.
Qeyd edək ki, fiziki məhdudiyyətli şahmatçılar arasında keçirilən yarışın seçmə mərhələsində 45 ölkədən 61 komanda iştirak edib. Paralimpiadanın yarımfinalına "Rusiya 1”, "Ukrayna 3”, "Polşa 1” və "Rusiya 2” komandaları vəsiqə qazanıblar.

17708 oxunub

InvestAZ