XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



“Qızlar futzal kuboku” turnirində 13 komanda mübarizə aparır
İdman 15:22 / 13.03.2019

Bu gün Qax Olimpiya İdman Kompleksində 13 yaşadək məktəbli qızlar arasında "Qızlar futzal kuboku” turniri başlayıb. Yarışda rayonun 13 məktəb komandası iştirak edir.
Turnirin açılışında Qax Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin nümayəndəsi, Əməkdar məşqçi Dilarə Əhmədova çıxış edərək, yarışın bölgələrdə qadın futbolunun inkişafına təkan vermək məqsədi daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən "Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.
Turnirin ilk günündə qrup mərhələsi üzrə oyunlar keçirilir. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. Turnirdə ilk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.


21261 oxunub

InvestAZ