XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Ölkə çempionumuz iştirak ərizəsini UEFA-ya təqdim etdi
İdman 09:27 / 28.11.2020


Futzal üzrə Azərbaycan çempionu "Araz" Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstanın AEK klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Siyahıda 3 qapıçı, 7 müdafiəçi və 10 hücumçu yer alıb.

İştirak ərizəsinə qapıçılar - Həmid Rəşidi, Rövşən Hüseynli, Emin Kürdov, müdafiəçilər - Oktay Rüstəmli, Nihad İsmayılov, Oruc Baxşəlizadə, Rizvan Fərzəliyev, Əmir Şojaei, Murilo Borqes Souza, Abdulrahman Sarani, hücumçular - Kənan Manafov, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Tofiq Mikayılov, Fineo, Xətai Bağırov, İsa Atayev, Samir Həmzəyev, Nurlan Mehdizadə və Hadı Əhmədinin adı daxil edilib.

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək AEK - "Araz" qarşılaşması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi 1 oyunla müəyyənləşəcək.


17853 oxunub

InvestAZ