XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Teymur Rəcəbov: “Bu turnir şahmatın möhtəşəm bayramıdır”
İdman 16:44 / 27.11.2020
"Bu turnir üçün Kaissaya (Şahmat ilahəsi) çox təşəkkür edirəm. Əlimdən gələni etdim. İndiyədək ən həyəcanlı turnirlərdən biri idi".
Bu fikirləri "Skilling open" turnirində mübarizəni dayandıran Azərbaycan şahmatçısı Teymur Rəcəbov rəsmi tvitter hesabında yazıb.
Qrossmeyster yarışda çoxlu qələbələr qazandığını xatırladıb: "Uesli So ilə ilk qarşılaşma heyrətamiz idi. Daha sonra isə şansızlıq oldu. Bu turnir şahmatın möhtəşəm bayramıdır".
Qeyd edək ki, Teymur Rəcəbov 1/4 final mərhələsinin tay-breykində ABŞ təmsilçisi Uesli Soya armageddonda uduzub. Rəcəbov daha əvvəl isə erməni şahmatçı Levon Aronyanı məğlubiyyətə uğradıb.

17112 oxunub

InvestAZ