XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Millimiz DÇ-2022-nin seçmə mərhələsində 5-ci səbətdə qərarlaşıb
İdman 16:06 / 27.11.2020
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatmasının səbətlərinin tərkibi açıqlanıb. Dekabrın 7-də keçiriləcək püşkatma ərəfəsində komandalar 6 səbətə bölünüb. UEFA-nın rəsmən açıqladığı bu bölgü FİFA reytinqinə əsasən gerçəkləşib. Səbətlərin beşində 10, birində 5 yığma yer alıb. FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk komandaları beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.

17634 oxunub

InvestAZ