XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



UEFA klubların yeni reytinq cədvəlini açıqladı
İdman 14:20 / 27.11.2020
Avrokubokların qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının 16, Avropa Liqasında 24 qarşılaşmasından sonra cədvəldə heç bir yerdəyişmə baş verməyib. Bəzi ölkələrin xal hesabı artsa da, bu, hər hansı yerdəyişmə üçün yetərli olmayıb. Azərbaycanın mövqeyi kimi əmsalı da dəyişməz qalıb.
Buna mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ”ın məğlubiyyəti səbəb olub. Avropa Liqasının IV turunda Türkiyə
"Sivasspor”una 2:3 hesabı ilə uduzan ağdamlılar bu dəfə də reytinqə xal gətirməyib. Bununla da aktivində 16,625 xal olan Azərbaycan 26-cı sırada qalıb. 25-ci olan Rumıniyadan 1,325 xal geridə qərarlaşan ölkəmiz ən yaxın izləyicisi Qazaxıstandan 1 xal öndədir.
Qeyd edək ki, 88,855 xala malik İspaniya cədvəlin ilk pilləsində qərarlaşıb. İngiltərə və İtaliya da ilk "üçlük”də yer alıb.

16203 oxunub

InvestAZ