XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dieqo Maradona ilə vida mərasimi keçirilir
İdman 14:22 / 26.11.2020
Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçirilir. Tədbir Kasa Rosada Prezident Sarayında təşkil olunub. Bakı vaxtı ilə saat 13:00-da başlayan vida mərasimində təxminən 1 milyon insanın iştirakı gözlənilir. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Artıq çox sayda insan Prezident Sarayının qarşısındakı meydanda toplaşıb.

Qeyd edək ki, dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölməzdən əvvəlki son sözləri də məlum olub.

Argentinalı ulduz son olaraq "mən yaxşı deyiləm” deyib. Əməliyyatın ardından Buenos Ayresdəki Tiqr qəsəbəsində yaşadığı evində dünən səhər yeməyi zamanı halı pisləşən Maradona solğun görünüb. Dərhal həkim onu müayinə edib. Maradona ilə birlikdə oğlu, bir psixoloq, bir psixiatr və bir tibb bacısı qalırdı. Ulduz futbolçu uzanmaq istədiyini söyləyib və həkimlər təcili yardım çağırıblar. Zəngdən sonra altı maşın evə gəlib. Lakin dünya ulduzunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.

16355 oxunub

InvestAZ