XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Çempionlar Liqası: "Bavariya" rekorda imza ataraq adını 1/8 finala yazdırdı
İdman 13:33 / 26.11.2020
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına yekun vurulub. A, B, C və D qruplarında baş tutan 8 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 2 komandanın adına aydınlıq gəlib.

Turnirin son qalibi "Bavariya” (Almaniya) "Zalsburq”u (Avstriya) qəbul edib. A qrupunda itkisiz irəliləyən Bundestim təmsilçisi doğma meydanda 3:1 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib. Qarşısıalınmaz "alman maşını” bu qələbə ilə turnir tarixində rekorda imza atıb. Belə ki, Almaniya nəhəngi "Zalsburq” üzərində qələbə qazanmaqla Çempionlar Liqası tarixində ardıcıl 15-ci qələbəsini qazanıb. Çempionlar Liqasında hələ ki, rəqib tanımayan "Bavariya” son 15 oyunda rəqib qapılarından 61 top keçirib, öz qapısından isə 12 top buraxıb.

Qrupun digər matçında İspaniyanın "Atletiko” klubu Madriddə Rusiyanın "Lokomotiv” komandasının müqavimətini qıra bilməyib -0:0.

B qrupunda yer alan Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu Ukraynanın "Şaxtyor Donetsk" komandasını qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən matçda Almaniya təmsilçisi rəqibini 4 cavabsız topla məğlub edib. Bu qələbə ilə "Borussiya" 8 xalla qrupda birinci pilləyə yüksəlib.

Turnirə uğursuz başlayan Madrid "Real”ı isə səfərdə "İnter”dən güclü olub -0:2. "Kral klubu” bu qələbə sayəsində xalını 7-yə çatdıraraq qrupda ikinci pilləni ələ keçirib. "Şaxtyor Donetsk" 4 xalla üçüncü, "İnter" isə 2 xalla dördüncüdür.

C qrupunda isə Yunanıstanın "Olimpiakos" komandası İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" qrupdakı liderliyini davam etdirir. Aktivindəki xallarını 12-yə çatdıran "şəhərlilər” pley-offa vəsiqəni vaxtından əvvəl - qrup mərhələsində sona 2 tur qalmış rəsmiləşdirib.

Qupun digər oyununda isə "Porto” (Portuqaliya) səfərdə "Marsel”in (Fransa) qonağı olub. Rəqibinə iki cavabsız qolla qalib gələn Portuqaliya təmsilçisi ikinci pillədəki mövqeyini bir qədər də yaxşılaşdıraraq pley-offa yüksəlmək şanslarını artırıb. Son turdan sonra "Olimpiakos" 3 xalla 3-cü pillədə qalıb. 4 oyun ərzində bir dəfə də olsun rəqib qapılarına yol tapa bilməyən "Marsel” isə sonuncu pillədədir.

D qrupunda isə Çempionlar Liqasının son qalibi İngiltərənin "Liverpul" klubu gözlənilmədən evdə İtaliyanın "Atalanta" komandasına məğlub olub - 0:2.

Bu qrupun digər oyununda isə "Ayaks” (Hollandiya) doğma meydanda "Midtüllan" (Danimarka) klubundan üstün olub -3:1. 4 turdan sonra "mersisaydlılar” 9 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 7 xal olan "Ayaks” və "Atalanta” klubları isə müvafiq olaraq, 2-3-cü yerləri bölüşürlər. Keçirdiyi bütün görüşlərdə məğlub olan Danimarka təmsilçisi isə sonuncudur.

Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.


18165 oxunub

InvestAZ