XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Qılıncoynadanlarımız Rusiyada iki medala layiq görüldülər
İdman 12:50 / 26.11.2020
Qılıncoynatmanın sablya növü üzrə milli komandamızın üzvləri Valeriya Bolşekova və Anna Başta Rusiyada keçirilən açıq turnirdə mükafatçılar sırasında yer alıblar. İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən turnirdə Valeriya Bolşakova gümüş, Anna Başta isə bürünc medala sahib çıxıb. Turnirin finalına kimi irəliləməyi bacaran Valeriya Bolşakova həlledici görüşdə Svetlana Şevelevaya 8:15 hesabı ilə uduzaraq 32 qadın sablyaçı arasında ikinci olub. Digər sablyaçımız Anna

Başta isə yarımfinalda turnirin qalibi Svetlana Şevelevaya 11:15 hesabı ilə məğlub olaraq turnirin bürünc medalı ilə kifayətlənib.

Turnirdə ev sahibi Rusiya ilə yanaşı, Azərbaycan və Özbəkistanın qadın sablyaçıların da iştirak ediblər.

17599 oxunub

InvestAZ