XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Messi və Ronaldodan Maradona haqda paylaşım
İdman 12:09 / 26.11.2020
Dünya futbolunun ən məşhur simalarından biri olan Dieqo Armando Maradonanın ölümü ilə bağlı bir sıra futbolçular və klublar öz sosial şəbəkə hesablarında başsağlığı verirlər. Planetin ən güclü futbol ulduzlarından olan Lionel Messi və Kriştianu Ronaldo da Maradona barədə paylaşım ediblər.

Argentina millisinin və İspaniyanın "Barselona” klubunun futbolçusu Messi həmyerlisinin vəfat etməsinə münasibət bildirib: "Bütün argentinalılar və futbol üçün çox kədərli bir gündür. O, aramızdan ayrılır, amma heç yerə getmir, çünki Dieqo əbədidir. Onunla birlikdə yaşadığım bütün gözəl anları xatirəmdə saxlayıram və bütün ailəsinə, dostlarına başsağlığı verirəm”.

Kriştianu Ronaldo isə instaqram hesabındakı paylaşımında bu sözləri yazıb: "Bu gün bir dostumla vidalaşıram. Dünya isə əbədi dahi ilə vidalaşır... Tarixin ən yaxşılarından biri, bənzərsiz bir sehirbaz... Aramızdan çox tez ayrılır, amma sərhədsiz bir miras və əsla doldurulmayacaq bir boşluq qoyub gedir. Rahat yat. Heç zaman unudulmayacaqsan!”

29129 oxunub

InvestAZ