XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Madriddə möhtəşəm iki həftə
İdman 11:47 / 26.11.2020

Gələn mövsümdən etibarən Madrid şəhərində iki həftə davam edən ATP və WTA-nın birgə təşkilatçılığı ilə tennis turniri keçiriləcək. Turnir aprelin 27-dən mayın 9-dək təşkil olunacaq. Aprelin 27-də qadınların kvalifikasiya yarışları, 29-da isə əsas mərhələ başlayacaq. ATP-nin kvalifikasiyası isə aprelin 30-da başlayacaq.

"Biz şadıq ki, məqsədimizə nail olduq. Uzun müddətdir ki, turnirin genişləndirilməsini istəyirdik. Bu qərar çox lazımlı oldu. İndi bizim Madriddə yüksək səviyyəli tennisdən bir neçə gün zövq almaq imkanımız olacaq”, - deyə yarışın direktoru, dünyanın 64-cü pilləsindəki tennisçisi Felisiano Lopez bildirib.


31778 oxunub

InvestAZ