XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Komandamız İran yığmasına qarşı
İdman 12:49 / 13.03.2019

Bu gün Astanada kişi şahmatçılar arasında komandalararası dünya çempionatının səkkizinci turunun oyunları keçiriləcək. Azərbaycan millisi bu turda İran yığması ilə qarşılaşacaq. Şahmatçılarımız Arkadi Naydiç Parham Maqsudlu, Rauf Məmmədov Puya İdani, Qədir Hüseynov Amin Tabatabaye, Nicat Abbasov isə Əlirza Firuzdca ilə üz-üzə gələcəklər.
Komandamızın ötən turda Hindistan yığması ilə oyunu heç-heçə başa çatıb.
Hazırda yığmamızın aktivində 5 xal var. Rusiya 12 xalla liderliyini davam etdirir. İngiltərə 11, Hindistan 10, Çin 8, İran 7, Qazaxıstan və İsveç komandaları hərəyə 4 xal qazanıblar. Misirin aktivində isə cəmi 1 xal var.


21163 oxunub

InvestAZ