XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Gözlənilən döyüşün yeni təfərrüatları
İdman 10:24 / 26.11.2020

Amerikalı boksçu Mayk Taysonun Roy Consla keçirəcəyi döyüşdən alacağı qanorar məlum olub. Bunu "Twitter” sosial şəbəkəsində "Yahoo Sports”un jurnalisti Kevin Ayole açıqlayıb. M.Tayson döyüşdən 10 milyon dollar, R.Cons isə 3 milyon dollar əldə edəcək. Həmçinin qeyd olunur ki, bu məbləğ ödənişli yayımlardan əldə olunan faizlər nəzərə alınmadan hesablanıb.

Qeyd edək ki, gözlənilən döyüş noyabrın 28-də təşkil olunacaq. Döyüşün sərgi xarakteri daşımasına baxmayaraq, hər iki boksçu döyüşə ciddi hazırlaşır. Məlumata görə, qarşılaşmadan əldə olunan vəsait xeyriyyə məqsədi ilə istifadə olunacaq.


17496 oxunub

InvestAZ