XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Dieqo Maradona vəfat etdi
İdman 21:02 / 25.11.2020
Dünya futbolundan daha bir əfsanə ayrıldı. Argentina millisinin veteran futbolçusu Dieqo Armando Maradona 60 yaşında həyatla vidalaşdı. Ötən həftələrdə beyin əməliyyatı keçirərək evə buraxılan və səhhəti yenidən

pisləşən futbol ulduzu evində infarkt keçirib. Argentina mediası isə artıq son dəqiqə xəbəri olaraq onun dünyasını dəyişdiyini qeyd edib.

Qeyd edək ki, Dieqo Maradona Argentina millisinin heyətində 1986-cı ildə Meksikada keçirilən futbol üzrə dünya çempionatının qızıl medalını qazanıb. O, həmçinin 1990-cı ildə İtaliyada təşkil olunan dünya çempionatında gümüş medala layiq görülüb.

19547 oxunub

InvestAZ