XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Məğlubedilməz döyüşçü” barəsində polisə şikayət
İdman 19:05 / 25.11.2020
MMA-nın rusiyalı qarışıq döyüş ustası İslam Abasov Moskva şəhərində yol münaqişəsi zəmnində dava edib. Məlumata görə, bir şəxs polis bölməsinə müraciət edərək, "Porşe” markalı avtomobilin sürücüsünün Svoboda küçəsində ona hücum etməsini bildirib. Sürücünün ona müxtəlif bədən xəsarətləri yetirməsindən sonra hadisə yerindən uzaqlaşıb. Həmin şəxs İslam Abasovun ona hücum etməsi barədə ərizə yazıb.

Qeyd edək ki, İslam Abasov dekabrın 4-də Sinqapurda keçiriləcək "One Championship” turnirində Qazaxıstan təmsilçisi Kayrat Əhmədova qarşı mübarizə aparacaq. "Məğlubedilməz döyüşçü” qarışıq döyüş qaydaları ilə beş qarşılaşma keçirib.

17552 oxunub

InvestAZ