XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Danışılmış oyunlarla bağlı seminar keçirilib
İdman 16:14 / 19.11.2020
Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarına təyinat alan AFFA nümayəndələri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli "Danışılmış oyun haqqında nələri bilməliyik?” və "Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında məlumat verilib.


18533 oxunub

InvestAZ