XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Voleybolçularımız dünya reytinqində 26-cı pillədədir
İdman 13:25 / 27.10.2020
Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.
Siyahıda qadın və kişilərdən ibarət Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub. 127 xala malik xanım voleybolçularımız dünyanın 26-cı komandasıdır. Cədvələ Çin başçılıq edir – 391 xal. ABŞ 382 xalla ikinci, Braziliya 328 xalla üçüncüdür.
Kişilərdən ibarət millimiz isə 101 xala malikdir. Komandamız planetin 57-cisidir. İlk üç pillədə Braziliya (427), Polşa (384) və ABŞ (365) yığmaları qərarlaşıb.

18165 oxunub

InvestAZ