XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Stadion koronavirus xəstələrinə xidmət edəcək
İdman 10:34 / 20.10.2020

Polşa Milli Stadionu koronavirus infeksiyasından əziyyət çəkən xəstələrə xidmət edəcək. 60 min tamaşaçı tutumuna malik olan arena hökumətin sərəncamına verilib. Buna səbəb koronavirus xəstələrinin sayının çox olması və xəstəxanalarda boş yerlərin qalmamasıdır. Varşavadakı stadionun tribunalarının arxasında tibbi xidmət göstərmək üçün konfrans zalları var. Arenaya həftəsonundan etibarən xəstələrin qəbulu üçün artıq 500 çarpayı yerləşdirilib. Hökumət rəsmiləri kifayət etməyəcəyi təqdirdə, Polşanın 16 inzibati bölgəsinin hər birində səhra xəstəxanaları yaradılmağın mümkünlüyünü vurğulayıblar.

17697 oxunub

InvestAZ