XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Güləş üzrə dünya çempionatının planı təsdiqlənib
İdman 17:17 / 13.10.2020
Oktyabrın 12-də Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatının planı təsdiqlənib. Qeyd olunub ki, UWW üzvlərinin 70 faizindən çoxu mundialda iştirak edəcəyini bildirib. Bu isə dünya çempionatını keçirməyə imkan verir. Ancaq UWW-nin bürosu qarşıdakı 1 ayda koronavirus pandemiyası ilə bağlı müşahidələr aparacaq və son qərarını noyabrın 6-da verəcək.
UWW-nin prezidenti Nenad Laloviç deyib: "Güləşin dekabrda geri qayıtmasına nikbin baxırıq. Bizim üçün ən önəmlisi idmançıların, məşqçilərin və əməkdaşlarımızın təhlükəsizliyidir və Belqradda bunun üçün tələb olan bütün təhlükəsizlik tədbirlərinə riayət ediləcək".
İclasın yekununda gənclərin dünya çempionatının ləğv olunmasına qərar verilib. Daha öncə gənclərin analoji yarışının dekabrın əvvəllərində Belqradda keçirilməsi planlaşdırılırdı. Ancaq üzv ölkələrin əksəriyyəti bu yarışda iştirakını təsdiqləmədiyi üçün gənclərin dünya çempionatı bu il keçirilməyəcək.

18256 oxunub

InvestAZ