XƏBƏR LENTİ
28 Oktyabr 2020
27 Oktyabr 2020
24 Oktyabr 2020
23 Oktyabr 2020
22 Oktyabr 2020
21 Oktyabr 2020
20 Oktyabr 2020



Stenli kubokunun üçqat qalibi karyerasını bitirdi
İdman 12:12 / 09.10.2020
Hokkey üzrə "Karolina Harrikeynz” klubunun hücumçusu Castin Uilyams peşəkar idman karyerasını başa çatdırmaq qərarına gəlib. Bu barədə məlumat klubun rəsmi saytında dərc olunub.
Qeyd edək ki, ötən mövsüm Milli Hokkey Liqasının (MHL) veteranı müntəzəm çempionatın 20 oyununda 11 (8+3) xal toplayıb. Həmçinin o, Stenli kubokunun 7 matçında fərqlənib. 2019-cu ilin yazında Stenli kubokunun üçqat sahibi doqquzuncu dəfə pley-offda "Vaşinqton Kepitalz” klubuna qarşı yeddinci oyununu keçirib. Bu yarışlarda o, MHL-in rekord göstərici olan səkkizinci qələbəsini qazanıb. 39 yaşlı Castin Uilyamsın hesabında MHL üçün rekord olan yeddi qol və 15 xal var.
Həmçinin hokkeyçi iki dəfə "Los Anceles Kinqz” komandasının tərkibində, bir dəfə isə "Karolina Harrikeynz” klubunun formasında Stenli kubokunu qazanıb. Ümumilikdə, Castin Uilyams MHL-da keçirdiyi 1264 oyunda 797 xal taplayıb.

1019 oxunub

InvestAZ