XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Paytxat çempionatının qalibləri müəyyənləşdi
İdman 17:40 / 26.09.2020
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası stadionunda atletika üzrə Bakı çempionatına yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə təşkil olunan yarışda 8 komandanın heyətində 90-a yaxın atlet mübarizə aparıb.
Yarışın ikinci günündə oğlanlar arasında hündürlüyə tullanmada Nikita Neftyakov, lövhəatmada Yusif Nəzərov qalib adını qazanıblar. Qızların yarışında isə uzunluğa tullanmada Yelena Pextireva birinci yerə layiq görülüb.
Oğlanlar arasında 400 metr məsafəyə sədlərlə qaçış yarışlarında Cavid Məmmədov, 800 metr məsafəyə qaçışda isə Mahmud Mehdiyev birinci olublar. Qızların mübarizəsində isə Leyla Sadıqova (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

17862 oxunub

InvestAZ