XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Ferrari” komandasının keçmiş sahibi Formula 1-in rəhbəri oldu
İdman 16:17 / 26.09.2020
"Formula 1"in rəhbəri dəyişib. "Ferrari" komandasının keçmiş sahibi Stefano Domenikali yarışın prezidenti və baş icraçı direktoru təyin edilib. Bu postda Çeyz Kerini əvəzləyən italiyalı idman meneceri vəzifəsinin icrasına 2021-ci ilin yanvarından başlayacaq. Ç.Keri isə qeyri-icraçı direktor seçilib.
Qeyd edək ki, Keri 2017-ci ildə Berni Ekklstounun yerinə bu vəzifəyə təyin olunmuşdu. Domenikali isə 2007-ci ildən 2014-cü ilədək "Ferrari"yə rəhbərlik edib.

17069 oxunub

InvestAZ