XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Cüdoçularımız açıq havada təlim-məşq prosesini davam etdirirlər
İdman 11:18 / 26.09.2020
Cüdo üzrə kişilər və qadınlardan ibarət milli komandamızın üzvləri açıq havada təlim-məşq prosesini davam etdirirlər. Məşqlər pandemiya qaydalarına ciddi əməl olunmaqla gündə iki dəfə təşkil olunur. Baş məşqçilər Ruslan Maşurenko və Rəşad Məmmədovun rəhbərliyi altında yüksək səviyyədə keçirilən məşqlərdə milli komandamızın bütün aparıcı üzvləri iştirak edir.
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyasının son açıqladığı təqvim planına uyğun olaraq, oktyabrda Macarıstanın paytaxtı Budapeştdə Qran-pri, gələn ilin yanvar ayında isə Qətərdə nüfuzlu "World Masters” beynəlxalq yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə noyabrda Çexiyada Respublikasında Avropa çempionatının keçirilməsi planlaşdırılır.

17638 oxunub

InvestAZ