XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Maykl Cordan yeni komanda yaradacaq
İdman 15:39 / 25.09.2020
Adını basketbol tarixinə qızıl hərflərlə yazdıran Maykl Cordan ABŞ-da təkcə öz sevimli idman növü ilə məşhurlaşmayıb. Basketbol oynadığı illərdə bir müddət karyerasına fasilə verərək beysbolla məşğul olan M.Cordan hazırda "Şarlott Hornets” klubunun sahibidir. Lakin bununla da kifayətlənməyən sabiq basketbolçu özünə daha bir məşğuliyyət tapıb. MBA əfsanəsi Maykl Cordan NASCAR seriyasında mübarizə aparacaq yeni komanda yaradacaq.
M.Cordanla yanaşı bu komandaya məşhur pilot Denni Hemlin də rəhbərlik edəcək. M.Cordanın belə bir komanda yaratmaq istəməsi onun uşaqlıq arzusu olub. Mətbuata açıqlama verən Cordan qərarı haqda deyib : "Uşaqlıq illərimi Şimali Karolina ştatında keçirmişəm. O vaxt valideynlərim məni qardaş və bacılarımla birgə NASCAR yarışlarını izləməyə aparardı. Mən həyatım boyunca bu seriyanın fanatı olmuşam. Denni Hemlinlə birgə Bob Uollasın çıxış edəcəyi bir komandaya rəhbərlik etmək məni daha da həyəcanlandırır.
M.Cordanın rəhbərlik edəcəyi komandanın hansı ad və nömrə ilə çıxış edəcəyi hələ məlum deyil. Əfsanəvi basketbolçu hazırda MBA-da çıxış edən "Şarlott Hornets” klubunun sahibidir.

31215 oxunub

InvestAZ