XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Mayk Tayson xeyriyyə məqsədi ilə rinqə çıxacaq
İdman 14:33 / 25.09.2020
Boks üzrə sabiq dünya çempionu amerikalı Mayk Tayson xeyriyyə məqsədi ilə britaniyalı Antoni Coşua ilə rinqə çıxmağa razı olduğunu bildirib. Bu barədə M.Tayson "TMZ” portalına müsahibəsində bildirib. Qeyd edək ki, əfsanəvi boksçu Mayk Taysonla Roy Cons arasında noyabrın 28-də döyüş keçiriləcək.
Əlli üç yaşlı M.Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. R.Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var. A.Coşua isə 23 qələbə (21 nokautla) və bir məğlubiyyətə sahibdir.


22098 oxunub

InvestAZ