XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dünya çempionu yarış zamanı dərəyə düşdü
İdman 10:37 / 25.09.2020
Amerikalı velosipedçi Xloe Diqert İtaliyanın İmola şəhərində keçirilən dünya çempionatındakı çıxışını uğursuzluqla başa vurub. Ötən il dünya çempionu adını qazanan 23 yaşlı idmançı sərt döngədə hərəkət edərkən tarazlığını saxlaya bilməyərək yoldan kənara çıxaraq dərəyə düşüb. İdmançını düşdüyü uçurumdan həkimlərin çıxartdığı bildirilir.
X.Diqert helikopterin köməyi ilə yaxınlıqdakı xəstəxanaya göndərilib. Onun həyatı üçün heç bir təhlükə olmadığı bildirilir. "Bildiyimiz odur ki, onun şüuru yerindədir və o danışa bilir”, - deyə Amerika Velosiped Federasiyasından bildiriblər.

17741 oxunub

InvestAZ