XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



5 əvəzetmə qaydası qüvvədə qaldı
İdman 14:46 / 24.09.2020
UEFA Çempionlar Liqası və Avropa Liqasında 5 əvəzetmə qaydası 2020/2021 mövsümündə də tətbiq olunacaq. Qitə futbol qurumu qaydanı qüvvədə saxlamağı məqsədəuyğun hesab edib.
Qərarın İcraiyyə Komitəsinin sabahkı iclasında təsdiqlənəcəyi bildirilib.
Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) bu ilin mayında FIFA-nın koronavirus pandemiyası səbəbindən oyunlar zamanı əvəzetmə sayının müvvəqqəti olaraq artırılması təklifini təsdiqləyib.

18072 oxunub

InvestAZ