XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



İsveçrədə ildırım futbolçuları vurdu
İdman 18:22 / 23.09.2020
İsveçrədə oyun zamanı meydançaya ildırım düşməsi nəticəsində on dörd gənc xəsarət alaraq xəstəxanalara yerləşdirilib.
Bu barədə Sankt-Qallen polisi bildirib. "Hazırda məlum olan informasiyaya görə, ildırım işıq dirəyini vurdu. Elektrik yükü yerə keçdi və meydançaya yayıldı”, - polis bildirib.
Xəstəxanalara hadisə nəticəsində iki komandadan xəsarət almış 14 gənc çatdırılıb. Onların 15-16 yaşları var. Gənclərdən biri xəstəxanaya helikopterlə aparılıb.
Prokurorluq və polis hadisənin başvermə şəraitinin müəyyənləşdirməyə başlayıb.


17186 oxunub

InvestAZ