XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bu gün Çempionlar Liqasının pley-off mərhələsində üç oyun keçiriləcək
İdman 11:00 / 23.09.2020
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçiriləcək. III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək. Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək.

23 sentyabr

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

İlk oyunlar

23:00. "Olimpiakos” (Yunanıstan) - "Omoniya” (Kipr)

23:00. "Molde” (Norveç) - "Ferensvaroş” (Macarıstan)

23:00. "Gent” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)

Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib.

17834 oxunub

InvestAZ