XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Xüsusi olimpiyaçılar badminton yarışlarında qüvvələrini sınayıblar
İdman 13:00 / 22.09.2020
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton turniri keçirilib. Şağan Olimpiya İdman Kompleksində açıq havada oğlanlar və qızlar arasında təşkil edilən yarışda ümumilikdə 80-dən çox badmintonçu iştirak edib. Xüsusi, yardımçı məktəb və internatların, eləcə də autizm təşkilatlarının təmsilçilərinin mübarizə apardığı turnirdə qaliblər müəyyənləşib. Sonda yekun nəticəyə görə fərqlənənlər mükafatlandırılıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

18042 oxunub

InvestAZ