XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Barselona”nın keçmiş yarımmüdafiəçisi millidəki karyerasını başa vurdu
İdman 12:24 / 22.09.2020
İspaniyanın "Sevilya” futbol klubunun yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki karyerasını başa vurub. Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi "Twitter” səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Rakitiç 2007-ci ildən dəvət olunduğu Xorvatiya yığmasının heyətində 106 matça çıxıb və 15 qol vurub. Otuz iki yaşlı yarımmüdafiəçi milli komanda ilə 2018-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

17414 oxunub

InvestAZ