XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bu gün Çempionlar Liqasında pley-off mərhələsi start götürür
İdman 10:10 / 22.09.2020
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. İlk oyun günündə üç qarşılaşma keçiriləcək. Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşəcək.
Cavab görüşlərindən sonra qrup mərhələsinə son 6 vəsiqənin sahibi bəlli olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İlk oyun günündə Rusiyanın "Krasnodar" komandası Yunanıstan PAOK-unu, İsrailin "Makkabi” (Təl-Əviv) klubu Avstriya "Zaltsburq"unu, Çexiya "Slaviya"sı isə Danimarka "Midtüllann"ını qəbul edəcək. Bu duellərin cavab matçı sentyabrın 30-də baş tutacaq.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar 23:00. "Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

23:00. "Makkabi” (Təl-Əviv, İsrail) - "Zaltsburq” (Avstriya)

23:00. "Slaviya” (Çexiya) - "Midtüllann” (Danimarka)

Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması sentyabrın 23-də olacaq.

16706 oxunub

InvestAZ