XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Çempionlar Liqası yeni formatda keçiriləcək?
İdman 12:30 / 20.09.2020
UEFA İcraiyyə Komitəsi COVID-19 pandemiyası ilə əlaqədar futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün yeni formatda keçirilməsi ilə bağlı qərar qəbul edib.
Turnir əvvəlki illərdə olduğu kimi, qrup oyunları şəklində keçirilməyəcək. Bu dəfə komandaların daha az səfərə çıxması üçün ilkin mərhələdən başlayaraq hər iştirakçı bir oyunda gücünü sınayacaq. Qalib komandalar onaltıdabir, ardınca isə səkkizdəbir finala vəsiqə qazanacaqlar. Final mərhələsində isə 8 komanda iştirak edəcək.
İlkin mərhələnin oyunları noyabrda, onaltıdabir və səkkizədbir final matçları isə müvafiq olaraq yanvar və fevral aylarında təşkil olunacaq. Aprel və may aylarında keçiriləcək final mərhələsində isə dörddəbir, yarımfinal, 3-cü yer və final matçları baş tutacaq.

19829 oxunub

InvestAZ