XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



"Sumqayıt" liderliyə yüksəldi
İdman 10:11 / 20.09.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turuna start verilib. Turun açılış görüşü Qəbələ şəhər stadionunda təşkil olunub. "Qəbələ” klubu "Keşlə” komandasını qəbul edib. Görüşdə hesab açılmayıb. Matçın 67-ci dəqiqəsində Nikolas Raysel ikinci sarı vərəqəsini alaraq meydandan qovulub. Bu nəticədən sonra "Qəbələ” 2 xalla yeddinci yerdə qərarlaşıb. "Keşlə” isə 5 xalla turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
Günün ikinci görüşü "Kapital Bank Arena”da təşkil olunub. "Sumqayıt” öz meydanında "Səbail” klubunu qəbul edib. Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 9-cu dəqiqədə "Sumqayıt"ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev "Səbail"in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub. Bu qələbə sayəsində xalını 6-ya çatdıran "Sumqayıt" liderliyə yüksəlib.

19618 oxunub

InvestAZ