XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Klublararası dünya çempionatı bu il olmayacaq
İdman 10:44 / 19.09.2020
Qətərdə futbol üzrə klublararası dünya çempionatı 2021-ci ilin əvvəlində keçirilə bilər. Bu barədə FIFA prezidenti Canni İnfantino açıqlama verib. "Bəzi konfederasiyalar Çempionlar Liqasını dekabradək başa vurmayacaqlar. Ona görə də klublararası dünya çempionatının planlaşdırıldığı kimi, dekabrda təşkili ehtimalı azdır. Lakin biz müzakirə edir, baxırıq. Ola bilsin, bu yarış gələn ilin əvvəlində gerçəkləşəcək" deyən İnfantino çempionatın yeni versiyasının dünyada klub futbolunun inkişafına ciddi təkan verəcəyini vurğulayıb. 2021-ci ildən klublararası dünya çempionatı yeni formatda keçiriləcək. İştirakçı sayı 7-dən 24-ə yüksələcək, mundial isə 4 ildə bir dəfə təşkil olunacaq. İlk belə çempionat bu yay Çində keçirilməli idi. Lakin Avropa çempionatının tarixi dəyişdiyindən, mundial təxirə salınıb. Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə 2020-ci ildən keçirilir. Son qalib İngiltərə "Liverpul"udur.

18752 oxunub

InvestAZ