XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Ölkəmiz UEFA reytinqində gerilədi
İdman 16:41 / 18.09.2020
Avropa Liqasının II təsnifat mərhələsinin oyunları UEFA reytinqində müəyyən dəyişikliklərə səbəb olub. Bu, Azərbaycandan da yan ötməyib. Türkiyənin "Qalatasaray” klubuna 1:3 hesabı ilə uduzan "Neftçi” ölkəmizin aktivinə 0,125 xal gətirib. Bununla da 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə çatıb. Bir gün öncə 25-ci pillədən sıxışdırdığımız Rumıniya isə mövqeyini qaytarıb. "Botoşani” və "Styaua” üst-üstə 0,375 xal yığıb. Nəticədə bu ölkənin reytinqi 16,325-ə yüksəlib. Bu isə Rumıniyanın yenidən 25-ci sıraya qayıtması, Azərbaycanın isə 26-cı yerə dönməsinə səbəb olub.
35644 oxunub

InvestAZ