XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



"Qalatasaray" Bakıya gəldi
İdman 15:46 / 16.09.2020
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray" komandası Bakıya gəlib. İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlanacaq.

23296 oxunub

InvestAZ