XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Zəka sahibləri “Bahar” festivalında yarışırlar
İdman 16:43 / 09.03.2019

Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq "Bahar” festivalı keçirilir. Yarışda 70-dən çox şahmatçı mübarizə aparır. Yaş və dərəcə məhdudiyyətinin tətbiq edilmədiyi turnirdə şahmatçıların nəticələri beynəlxalq və milli reytinq siyahılarının hazırlanması üçün müvafiq olaraq, FIDE-yə və Azərbaycan Şahmat Federasiyasına göndəriləcək.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq turnirdə şahmatçılar 1-ci, 2-ci və 3-cü dərəcə normalarını da yığa biləcəklər. Yarış martın 16-dək davam edəcək.

18889 oxunub

InvestAZ