XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Azərbaycan çempionatının yeni qalibləri
İdman 12:16 / 14.09.2020
Bakı Su İdmanı Sarayının ərazisində keçirilən stronqmen üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Karantin qaydalarına uyğun təşkil olunan yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Yarış zamanı bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçülüb, dezinfeksiyaedici məhlullardan istifadə olunub. Turnir tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə açıq havada təşkil edilib.
Üç hərəkət və dörd çəki dərəcəsi üzrə (80, 95, 110 kq və +110 kq) təşkil olunan stronqmen çempionatında 20 idmançı medallar uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda Rövşən Xəlilov (80 kq), Kamran Lazımov (95 kq), Orxan Həsənzadə (110 kq) və Razim Hüseynov (110 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan çempionatının qalibləri Nigeriyada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar.

18612 oxunub

InvestAZ