XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Azərbaycan yığmasının keçmiş hücumçusu Yunanıstan klubuna keçdi
İdman 17:56 / 12.09.2020
Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Yekaterina Jidkovanın yeni klubu bəlli olub. 2019-cu ilin sonlarında Türkiyə təmsilçisi "Nilüfer Belediyespor”la vidalaşan 30 yaşlı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.
Jidkova bu ölkənin AEK klubu ilə anlaşıb. Voleybolçu yaxın günlərdə komandasının düşərgəsinə qatılaraq mövsümün hazırlıqlarında iştirak edəcək.
Qeyd edək ki, ötən mövsüm aşağı liqanın çempionu olan AEK yenidən qayıtdığı yüksək dəstədə ilk oyununu oktyabrın 10-da keçiriləcək.

33949 oxunub

InvestAZ