XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Neftçi” və “Qarabağ” xal itkisi ilə üzləşdi
İdman 10:13 / 12.09.2020
Ötən gün Azərbaycan Premyer Liqasında ikinci tura start verilib. Günün ilk matçında "Neftçi” klubu "Sumqayıt”ı qəbul edib. "Bakcell Arena”da keçirilmiş oyun "Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə yadda qalıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. "Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Beləliklə, ilk turda "Keşlə”yə məğlub olan "Sumqayıt” yeni mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. Birinci turda "Səbail”i məğlub edən "Neftçi” də eyni xala malikdir.
Günün digər matçında isə son çempion "Qarabağ” səfərdə "Keşlə” ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Qarabağ” liderliyini qoruyub. Eyni xala malik "Keşlə” isə 2-ci pillədə qərarlaşıb.

17103 oxunub

InvestAZ